AZ

Azərbaycanın MMA döyüşçüsü növbəti qələbəsini qazanıb

Bakı, 18 dekabr, AZƏRTAC

Azərbaycanın MMA döyüşçüsü Edvin Abbasov Lüksemburqda keçirilən “SOKO FC 5” turnirində qələbə qazanıb.

Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 61,2 kiloqram çəki dərəcəsində çıxış edən idmançı danimarkalı rəqibini III raundda texniki nokautla üstələyib.

Bununla da o, peşəkar karyerasında 5-ci qələbəsini əldə edib.

Edvin Abbasov növbəti döyüşünü yanvarın 17-də Hindistanın Qoa şəhərində keçirəcək.

Seçilən
121
7
azertag.az

8Mənbələr