AZ

Ukrayna ordusunun üzləşdiyi üç əsas problem

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ukrayna Silahlı Qüvvələri (USQ) döyüş bölgəsində ciddi çətinliklərlə üzləşir. Problemlər həm şəxsi heyətin çatışmazlığı, həm də müasir döyüş şəraitinə uyğunlaşma ilə bağlıdır.

Axar.az xəbər verir ki, bu barədə “Ekonomist” jurnalı yazıb.

Nəşrin iddiasına görə, USQ-nin üzləşdiyi ilk əsas problem çağırış və maddi-texniki təminat sahəsindədir. Ukrayna Baş Qərargahındakı mənbə bildirib ki, 2025-ci ilin ilk yarısında ordu verdiyi itkiləri tam şəkildə kompensasiya etməkdə çətinlik çəkib.

İkinci amil Rusiyanın pilotsuz uçuş aparatlarından istifadə sahəsində artan effektivliyidir. “Ekonomist” qeyd edir ki, cəbhənin bəzi istiqamətlərində Rusiya tərəfi daha çox və daha uzaq məsafələrdə fəaliyyət göstərə bilən dronlara malikdir.

Üçüncü əsas problem isə yerli şəraitlə bağlıdır. Məlumata görə, Pokrovsk istiqamətində Ukrayna hərbi rəhbərliyində uzun müddətdir koordinasiya problemləri müşahidə olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
108
axar.az

1Mənbələr