AZ

Daha bir avtomobil şirkətində böhran İşçilər tətil edir

ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

"Tofaş" işçiləri əmək müqaviləsi danışıqlarının uğursuzluğu üzündən etiraz ediblər.

Milli.Az xəbər verir ki, Türkiyənin avtomobil istehsalçısı Tofaş fabrikində işçilər əmək müqaviləsi danışıqlarının nəticəsiz qalmasına etiraz olaraq aksiyaya başlayıblar. İşçilər maaş artımı və əlavə güzəştlərin təmin edilməməsinə etiraz əlaməti olaraq yeməkxanada çəngəl və qaşıqları stola vurublar.

Türkiyə Metal İşçiləri İttifaqı işçilər adından maaşın 20 faiz artırılmasını və 35 lirə əlavə ödəniş edilməsini tələb edib. İşəgötürən tərəf isə yalnız 5 faiz artım və 11,50 lirə təklif edib. Bu fərq danışıqların uzanmasına səbəb olub.

Etiraz zamanı işçilər xsüsusi şüarlarla tələblərini ifadə ediblər və danışıqların bu vəziyyətdə davam etməsi halında etirazların artacağını bildiriblər.

İsmayıl

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
98
2
news.milli.az

3Mənbələr