“Yuventus” hücumçusu Kenan Yıldızla müqavilənin müddətini uzatmaq niyyətindədir.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubu 20 yaşlı futbolçuya müddəti 5 il olan yeni müqavilə təklif etməyə hazırdır. Əməkhaqqı illik 5 milyon avro təşkil edəcək və müqavilədə əlavə pul bonusları da nəzərdə tutulacaq.
Tərəflər arasındakı mövcud müqavilənin müddəti 2029-cu ilin iyununun sonunda başa çatacaq.
Türkiyəli futbolçu cari mövsümdə 21 oyunda iştirak edərək, 6 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
Bruno Fernandeşin gələcəyi yayda müəyyənləşəcək
Arauxo “Barselona”ya qayıtmağa hazırlaşır
PSJ çempion oldu - “Barselona” və “Bavariya”nın uğurunu təkrarladı
“Çelsi”də ciddi itki
Suarezin “İnter Mayami”dəki gələcəyinə aydınlıq gəlib