AZ

Ağ Evi qarışdıran olay: Tramp keçmiş liderlərə görün nələr dedi

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp Ağ Evdəki “Prezident Şöhrət Yolunda” adlı köşədə yerləşən keçmiş liderlərin şəkillərinə ilginc şərhlər yazıb.

Globalinfo.az xəbər verir ki, Co Bayden, Barak Obama, Bill Klinton və Corc Buş kimi şəxsləri hədəf alan sözlər bir çoxlarını təəccübləndirib.

Məsələn, ABŞ-ın keçmiş prezidenti Co Baydenin portretinin altına qoyulmuş lövhədə belə yazılıb: “Yuxulu Co Bayden Amerika tarixinin ən pis prezidenti idi”.

Barak Obamaya məxsus portretdə o, “Amerika tarixinin ən qütbləşən siyasi fiqurlarından biri ” kimi təsvir olunub.

Bill Klintonun fotoşəklinin altına qoyulmuş lövhədə “2016-cı ildə Prezident Klintonun həyat yoldaşı Hillari Klinton seçkilərdə Prezident Donald Trampa uduzdu!” deyə yazılıb.

Tramp Corc Buş haqqında bunları qeyd edib: “Onun rəhbərliyi 11 sentyabr 2001-ci il hücumları ilə formalaşıb, terrorla mübarizəyə rəhbərlik edib və Daxili Təhlükəsizlik Departamentini qurub”, Digər tərəfdən, Buşun Əfqanıstan və İraqda müharibələrə başladığı və bu müharibələrin heç vaxt baş verməməli olduğu bildirilib.

Donald Trampın portretlərin altına əlavə etdiyi yazılar ictimaiyyət və Ağ Ev tərəfindən sərt reaksiyalara səbəb olub.

Ağ Evin mətbuat katibi Karolin Livitt deyib ki, bunların çoxu birbaşa Prezident tərəfindən yazılıb.

Əliyar Xəlil

Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
50
globalinfo.az

1Mənbələr