Bakupost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Balakəndə özünü jurnalist kimi təqdim edərək stomatoloqlardan pul tələb edən şəxslər saxlanılıblar.
Bakupost.az Oxu.az-a istinadən xəbər verir ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan şikayətlə bağlı həyata keçirdikləri tədbirlərlə həmin şəxslər - 48 yaşlı Mübariz Nağıyev və 47 yaşlı Elmar Əliyev müəyyən edilərək saxlanılıblar.
M.Nağıyev və E.Əliyevin, əsasən, stomatoloqlara yaxınlaşaraq guya qanunsuz fəaliyyət göstərmələri barədə videoçəkiliş etməklə hədə-qorxu gəldikləri, zərərçəkmişlərin müxtəlif məbləğlərdə maddi vəsaitlərini ələ keçirdikləri bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.