AZ

Tərlan Yəhyayev yüksək vəzifəyə təyin olundu

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində yeni təyinat olub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə qurumun İdarə Heyətinin sədri Rüfət Mahmud əmr imzalayıb.

Əmrə əsasən, Tərlan Yəhyayev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbərinin müavini vəzifəsinə təyinat alıb.

O, bundan əvvəl AYNA-nın Parklanmanın Təşkili Departamentinin direktoru postunda çalışıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2025-ci il fevralın 13-də imzaladığı sərəncamla Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin olunub.

"Cebheinfo.az"

Seçilən
52
2
cebheinfo.az

3Mənbələr