Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Milan", PSJ, "Çelsi" və Braziliya millisinin sabiq müdafiəçisi Tyaqo Silva ölkəsinin "Fluminense" klubu ilə müqaviləsini ləğv edib.
Fanat.Az xəbər verir ki, məlumatı A Seriyası təmsilçisinin mətbuat xidməti yayıb.
O, Avropadakı son iş yeri "Çelsi"dən 2024-cü ilin mayında ayrılaraq yetirməsi olduğu "Fluminense"yə qayıtmışdı.
"Globo" Tyaqonun klubdan ayrılmasını ailə vəziyyəti ilə əlaqələndirib. 41 yaşlı oyunçunun uşaqları və həyat yoldaşı Londonda yaşayırlar. Silvanın hər iki oğlu "Çelsi"nin akademiyasındadır. Onun böyük oğlu İsaqo dekabrda "zadəganlar"la peşəkar müqavilə bağlayıb.
Mənbə Silvanın karyerasını bitirməyi düşünmədiyini də diqqətə çatdırıb.
Qeyd edək ki, sözügedən futbolçu ötən mövsüm "Fluminense" forması ilə çıxdığı 46 matçda 4 qol vurub.
Kamil Xudiyev
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.