Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Kəpəz (Gəncə) - Qəbələ 1:0 (0:0) 33. Yusif İmanov - 5,514. Adama Fofana - 5,529. Dioqo Verdaşka (k) - 6,038. Cefferson Bentu - 6,05. Rauf Hüseynli - 5,0(9. Luis Paçu, 46) - 4,524. Olavale Onanuqa - 5,0(99. Əli Səmədov, 72) - 4,088. Şakir Seyidov - 6,027. Məqsəd İsayev - 5,577. Fərid Nəbiyev - 5,5(17. Ümid Səmədov, 77) - qiymətsiz 10. Rinosuke Ohori - 7,07. Ehtiram Şahverdiyev - 6,0Ehtiyat oyunçular 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 15. Raul Məmmədov 53. Şahmar Aşurov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 72. Nizami Səmədov 6. Pedro Qomeş Baş məşqçi: Azər Bağırov Komandanın ən yaxşısı: Rinosuke Ohori 1. Səlahət Ağayev (k) - 5,513. Nicat Əliyev - 5,5(30. Prins Ovusu, 66) - 5,074. Süleyman Damadayev - 5,53. Eduardo Kunde - 5,566. Nuğay Rəşidov - 4,5(27. Eşqin Əhmədov, 46) - 5,06. Xayme Syerra - 6,0 10. Şahin Şahniyarov - 4,5(22. Fərid İsgəndərov, 66) - 4,512. İbrahim Sanqare - 3,050. Adriel Ba Loua - 5,514. Domi Massumo - 5,5(97. Elşad Tağıyev, 82) - qiymətsizEhtiyat oyunçular 94. Həbib Hüşənov 11. Asif Məmmədov 26. Elnur Mustafayev 17. Qədir Ramazanov 21. Ziya Şəkərxanov Baş məşqçi: Kaxaber Sxadadze Komandanın ən yaxşısı: Xayme Syerra Qollar: R.Ohori, 54 (L.Paçu). Vərəqələr: O.Onanuqa, 34 (qeyri-idman hərəkəti). L.Paçu, 56 (qeyri-idman hərəkəti). X.Syerra, 70 (hakimin qərarına etiraz). Ş.Seyidov, 71 (qeyri-idman hərəkəti). Ə.Səmədov, 77 (qeyri-idman hərəkəti) - sarı. İ.Sanqare, 36 (ciddi qayda pozuntusu) - qırmızı. Hakimlər: RƏVAN HƏMZƏZADƏ (Şəki), Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov (hamısı Bakı). VAR hakimi: Cavid Cəlilov (Bakı). VAR hakiminin köməkçisi: Emin Əliyev (Bakı). Hakim-inspektor: Şahin Cəfərov (Bakı). AFFA nümayəndəsi: Mübariz Hüseynov (Gəncə). 14 dekabr. Yevlax. Şəhər stadionu. 700 tamaşaçı (6000 yerlik). Hər hissəyə 4 dəqiqə əlavə olunub. Oyunun qiyməti: 6,0. Elitada qalmaq uğrunda mübarizə aparan komandaların dueli böyük maraqla gözlənilirdi. Bəli, “Turan Tovuz”la “Sabah”ın dueli mərkəzi oyun idi, ancaq Yevlaxda da ciddi rəqabət olacaqdı. Hər iki komandada, xüsusən də “Qəbələ”nin futbolçularında ciddi yorğunluq hiss olunurdu. 9-cu dəqiqədə mövsümün qolu reallaşa bilərdi. Verdaşkanın mərkəz xəttindən bir qədər aralıda uzaqlaşdırmaq istədiyi top birbaşa “çərçivə”yə yönəldi. Səlahət çətinliklə topu dəf edə bildi. 18-ci dəqiqədə gəncəlilər yenidən qola çox yaxın oldu. Ohorinin asmasından sonra Səlahət topu çıxara bilsə də, top bu dəfə Şakirin qarşısına düşdü. Qapıçı bu zərbənin də qarşısını aldı. 24-cü dəqiqədə isə Massumo cinahda topu qəbul etdi, cərimə meydançasına baxdı və Ba Loua ilə oynadı. Onun zərbəsi düz Yusifin üstünə gəldi. 33-cü dəqiqədə Ohori topla bir qədər irəliləyərək qapıya zərbə endirdi, Səlahət uzandı və qola imkan vermədi. İlk hissədə başqa qol vəziyyəti yaranmadı. Bu hissəyə damğa vuran hadisə kimi Sanqarenin 36-cı dəqiqədə birbaşa “qırmızı” ilə qovulmasını göstərmək olar. “Qəbələ” “Qarabağ”la oyunda olduğu kimi, yenə ilk yarıda azlıqda qaldı.İkinci hissəyə də nominal ev sahibləri daha yaxşı başladı. Paçu Buskets sayağı ötürmə ilə Ohorini qapı önünə çıxardı. Kubok oyununda “Araz-Naxçıvan”a qol vurandan sonra sanki əlahiddə motivasiya qazanan yaponiyalı dörd futbolçudan sıyrılaraq qapıya dəqiq zərbə vurdu. Səlahət bu dəfə heç nə edə bilmədi. Qeyd edək ki, bu, Ohorinin çempionatda vurduğu ilk qolu oldu. Yaponiyalı 74-cü dəqiqədə də bir neçə futbolçunu keçdi, uzaqdan qapıya zərbə vurdu. Lakin bu dəfə “çərçivə”dən xeyli uzaq düşdü. 75-ci dəqiqədə isə Ovusunun uzaqdan zərbəsi təhlükəli oldu. 84-cü dəqiqədə “Kəpəz” fərqi artırmağa çox yaxın oldu. Ümidin ötürməsindən sonra, demək olar ki, qapıçı ilə üz-üzə qalan Paçu “aya baxıb, çaya vurdu”. Beləlikə, “Kəpəz” qələbə qazanmaqla elə “Qəbələ”ni arxada qoyaraq 10-cu pilləyə yüksəldi. “Qəbələ” isə kuboku da saysaq, ardıcıl iki qələbədən sonra üzüldü.Gözdən qaçmadı// AFFA nümayəndəsi Mübariz Hüseynov Gəncəyə “Kəpəz”in media maşını ilə qayıtdı. // Yevlax şəhər stadionunda hakim-inspektor otağının qarşısına “hakim inıspektor” yazılıb. MÜZƏFFƏR QULUZADƏ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.