AZ

Ciyər yeməyin faydaları: B12 vitamini ilə zəngin qida mənbəyi

Ciyər yüksək qida dəyərinə malik məhsullar sırasında yer alır. Zülal, dəmir və vitaminlərlə zəngin olan ciyər, düzgün miqdarda istehlak edildikdə orqanizmin bir çox funksiyasına müsbət təsir göstərir.


Pravda.az bildirir ki, ciyər xüsusilə B12 vitamini baxımından olduqca zəngindir. Təxminən 100 qram dana ciyərində gündəlik B12 ehtiyacını bir neçə dəfə qarşılayan miqdarda bu vitamin mövcuddur. B12 vitamini sinir sistemi, qan hüceyrələrinin yaranması və enerji mübadiləsi üçün mühüm rol oynayır.


Bundan əlavə, ciyər dəmir tərkibi ilə qanazlığının qarşısının alınmasına kömək edir. A vitamini isə görmə qabiliyyətinin qorunmasında və immun sisteminin gücləndirilməsində əhəmiyyətli hesab olunur. Yüksək zülal tərkibi sayəsində ciyər əzələlərin möhkəmlənməsinə və toxumaların bərpasına da dəstək verir.


Mütəxəssislər bildirir ki, ciyər faydalı olsa da, tərkibində A vitamini və xolesterinin yüksək olması səbəbindən həftədə 1–2 dəfədən çox istehlak edilməməlidir. Xüsusilə xroniki xəstəliyi olan şəxslərə ciyəri rasiona daxil etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.


Əminə Bayramova 

Tarix: 18 Dekabr 2025, 14:20   
Seçilən
109
pravda.az

1Mənbələr