Apasport saytından alınan məlumata görə, ain.az bildirir.
“Qalatasaray”da çıxış edən argentinalı hücumçusu Mauro İkardinin karyerasını yenidən İtaliya çempionatında davam etdirmək variantları yaranıb.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu ilə A Seriyasından üç klub maraqlanır. Söhbət “Roma”, “Milan” və “Komo”dan gedir.
İkardinin agentləri artıq adıçəkilən klublarla ilkin danışıqlara başlayıblar. Onun “Qalatasaray”la müqaviləsinin müddəti 2025/26 mövsümünün sonunda başa çatacaq.
O, cari mövsümdə İstanbul təmsilçisinin heyətində 21 oyuna çıxaraq, 8 qol vurub.
İkardi əvvəllər İtaliyada “İnter”in formasını geyinib.
Bruno Fernandeşin gələcəyi yayda müəyyənləşəcək
Arauxo “Barselona”ya qayıtmağa hazırlaşır
PSJ çempion oldu - “Barselona” və “Bavariya”nın uğurunu təkrarladı
“Çelsi”də ciddi itki
Suarezin “İnter Mayami”dəki gələcəyinə aydınlıq gəlib
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.