AZ

Milli Məclisin Daxili Nizamnaməsinə dəyişiklik edildi

ain.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Milli Məclisin Daxili Nizamnaməsinə dəyişiklik edilib.

Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq Qanun imzalayıb.

Qanuna əsasən, 1996-cı il 17 may tarixli Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nin 21-1-ci maddəsinin birinci hissəsinə dəyişiklik edilib. Dəyişikliklərə görə, həmin maddədə “il” sözündən sonra “martın 31-dək” sözləri əlavə olunub, eyni zamanda “sessiyasının beşinci iclasında” ifadəsi “sessiyasında” sözü ilə əvəz edilib.

Qeyd edək ki, qəbul edilmiş dəyişikliklər 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
2
icma.az

3Mənbələr