Gürcüstanda 3,8 maqnitudalı zəlzələ olub.

Leqal.info xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.

Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 13:26-da qeydə alınıb. Zəlzələnin episentri Mtsxeta şəhərindən 5 kilometr qərbdə, Dzeqvi kəndi yaxınlığında olub.

Zəlzələ paytaxt Tbilisidə də hiss olunub.

Leqal.info