Mən rusiyalı həmkarlarımdan Yerasxdan Naxçıvan sərhədinə və Axurikdən Türkiyə sərhədinə qədər olan hissələrdə dəmir yolunun tam bərpasını təcili olaraq həyata keçirmələrini xahiş etmişəm.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 18-də jurnalistlərlə söhbətində bildirib.
O, yaxın gələcəkdə dəmir yolunun İcevan-Qazax hissəsi məsələsini də qaldıracağını açıqlayıb. O, bu hissənin də tez bir zamanda bərpa edilməsinin vacibliyini qiymətləndirib.
Paşinyan rusiyalı həmkarlarının bu tələbi yerinə yetirəcəyinə ümid etdiyini bildirib.
O əlavə edib ki, Meğri dəmir yolu hissəsi Rusiyanın nəzarəti altında deyil, ona görə də Ermənistana təhvil verilməlidir.