AZ

Özbəkistanın tanınmış incəsənət nümayəndələri Şuşaya səfər edib

Şuşa, 18 dekabr, Aydın Yavərzadə, AZƏRTAC

Azərbaycanda keçirilən Özbəkistan Mədəniyyət Günləri ilə bağlı ölkəmizdə səfərdə olan qonaqlar bu gün Şuşa şəhərinə səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlar Qarabağın incisi Şuşa şəhərinə səfər zamanı Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin heykəllərini, Natəvanın evini və bulağını, Şuşa qalasını, Gövhər Ağa məscidini, eləcə də Bülbülün ev-muzeyini ziyarət edib. Həmçinin qonaqlar Şuşa Qalası önündə “Qarabağ” mahnısını ifa ediblər.

Qeyd edək ki, belə səfərlər qardaş xalqlar arasında mədəni bağların və dostluğun daha da möhkəmlənməsinə töhfə verir.

Özbəkistan Mədəniyyət Günlərinin bu gün Füzuli şəhər Mirzə Uluqbəy adına məktəbdə bağlanış mərasimi olacaq.

Seçilən
113
1
azertag.az

2Mənbələr