Tenderin adı: “AFB BANK”ASC tərəfindən Marketinq agentliyi xidmətlərinin satın alınması
Tenderin elan tarixi: 17.12.2025
İştirak üçün sənəd qəbulunun son tarixi: 26.12.2025
Tender təkliflərinin son qəbul tarixi : 09.01.2026
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə) tender təklifi (tender zərflərinin açıldığı tarixdən (25 noyabr 2025-ci il) sonra azı 30 (otuz) iş günü qüvvədə olmalıdır İddiaçının tam adı, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri; iddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışıGöstəriləcək xidmətlərin siyahısı:
Copywriting və Kommunikasiya SMM postları üçün reklam xarakterli mətnlərin hazırlanması. Bayram və əlamətdar günlər üçün təbrik məzmunlarının yazılması. Kampaniyalar üçün kreativ adların və sloganalrın təklif edilməsi. Vebsayt üçün mətnlərin yazılması və mütəmadi yenilənməsi. Story və TikTok üçün yaradıcı video kontent ideyalarının verilməsi. Reklam məqsədli Push və SMS mətnlərinin hazırlanması. Radio reklamları üçün səsləndirmə mətnlərinin hazırlanması. Reklam filmləri üçün skriptlərin hazırlanması.Dizayn İşləri
Sosial media üçün aylıq post dizaynları (statik və dinamik – minimum 12 dizayn). Sosial media postlarının bütün adaptasiyalarının hazırlanması. Çap məhsullarının dizaynı (leaflet, buklet, poster, açıqca və digər materiallar).Foto və Video İstehsalı
Ayda minimum 4 dəfə brendə uyğun foto çəkilişlərin həyata keçirilməsi. Ayda 4 ədəd qısa video kontent (Reels və s.) hazırlanması. Animasiya çarxlarının yaradılması (mövzudan asılı olaraq qrafik animasiya və motion dizayn).Digər Kreativ və Marketinq Xidmətləri
Özəl günlər üçün brendinq olunmuş korporativ hədiyyələrə dair təkliflərin verilməsi. Bazar trendlərinin izlənilməsi və mütəmadi əsaslandırılmış təkliflərin təqdim edilməsi. Böhran vəziyyətinin analizi, kommunikasiya idarəetməsi və strategiyanın hazırlanması. Bayram və digər özəl günlər üçün xüsusi kommunikasiya və kampaniya planlarının hazırlanması. Sosial media hesablarının idarə olunması, təhlükəsizlik tədbirlərinin görülməsi və ümumi nəzarət. Səhifə statistikasının artımı üçün strategiyaların hazırlanması və icrası. Müsabiqələr, giveaway-lər və ya digər interaktiv fəaliyyətlərlə orqanik izləyici artımının təmin edilməsi. Blogger və influencerlərlə əməkdaşlıq strategiyalarının hazırlanması və idarə olunması. Həftəlik və aylıq analitik hesabatların hazırlanması. Aylıq sosial media post planının hazırlanması. Məhsul və kampaniyalar üzrə kommunikasiya planlarının hazırlanması. Rəqiblərin analizi və tələb olunan formatda hesabatların təqdim edilməsi.*Bəndlər üzrə qiymətlər ayrı-ayrı qeyd edilməlidir.
Tender təklifinin valyutası
Tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi Azərbaycan Respublikasının milli valyutasında aparılır.
Ödəniş şərtləri
Xidmətlər üçün təsdiq ediləcək məbləğ hər ay təhvil-təslim sənədləri imzalandıqdan sonra 10 iş günü ərzində ödəniləcək.
Tenderdə iştirak etmək istəyən şirkətlər qiymət təkliflərini tələb edilən sənədlər ilə birlikdə qapalı zərfdə 26.12.2025-ci il -tarixinə kimi, qiymət təkliflərini isə 09.01.2026-cı il tarixinə kimi poçt vasitəsilə (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466 ) ünvanına göndərməlidir. Tenderdə iştirakı təsdiq edilən şirkətlərə 27.12.2025-ci il tarixində əsas şərtlər toplusu və digər məlumatlar göndəriləcək. Yaranacaq suallarla bağlı e-mail vasitəsi ilə ( [email protected] ) müraciət edə və yaxud Vüsal Mehdiyev (050 290 10 66 ) ilə əlaqə saxlaya bilərsiniz.