AZ

Qadın avtomobili qapalı hovuzda BATIRDI

Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Fransanın La-Syota şəhərində 38 yaşlı qadın avtomobilini təsadüfən qapalı hovuzun içinə sürərək batırıb.

Redaktor.az xəbər verir ki, bu barədə "La Provence" nəşri məlumat yayıb.

Məlumata görə, qadın hovuz binasının yaxınlığında avtomobili park etmək istəyərkən qaz və əyləc pedallarını səhv salıb. Nəticədə maşın qəfil hərəkətə başlayıb, şüşə qapını sındıraraq suya düşüb və batıb. Hadisə zamanı avtomobildə qadınla yanaşı onun beş yaşlı qızı da olub.

Şahidlər dərhal köməyə gələrək ana və uşağı sudan çıxarıblar. Onlar ciddi xəsarət almayıblar, lakin ehtiyat məqsədilə xəstəxanaya çatdırılıblar.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
2
redaktor.az

3Mənbələr