Avrasiya İnkişaf Bankı (EDB) hazırda Qazaxıstanda 2,5 milyard ABŞ dolları məbləğində layihələri nəzərdən keçirir.
Aznews.az xəbər verir ki, bunu bankın İdarə Heyəti sədrinin müavini Ruslan Dalenov Almatıda 2025-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, EDB Qazaxıstan iqtisadiyyatına 9 milyard ABŞ dolları investisiya yatırıb: "Hazırda Qazaxıstanda 2,5 milyard ABŞ dolları məbləğində potensial layihələr nəzərdən keçirilir ki, bu da bankın ölkədəki aktiv fəaliyyətindən xəbər verir".
R.Dalenov həmçinin bildirib ki, bankın xətti ilə 16 milyon ABŞ dolları məbləğində texniki yardım göstərilib.