AZ

FINCA Azerbaijan ın dollar istiqrazlarına 54 investordan 54 sifariş HƏRRACIN NƏTİCƏSİ

Marja.az saytından alınan məlumata görə, ain.az bildirir.

11 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" MM QBKT-nin 3 milyon dollarlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Marja xəbər verir ki. qeyd olunan AZ2012019207 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 18.12.2025-ci il tarixində yekunlaşmışdır. 

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstiqrazlara 54 investor 54 sifariş təqdim edib və tam məbləğdə yerləşdirilib. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: "FINCA Azerbaijan" MM QBKT

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2012019207

İstiqrazların növü və forması:  Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması: Kütləvi/ Birqiymətli hərrac

İstiqrazların sayı:  30000 ədəd

İlkin ticarət qiyməti:  100 ABŞ dolları

Buraxılış həcmi:  3 000 000 ABŞ dolları

İllik gəlirlilik faizi:  9%

Ödəmə periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir

Tədavül müddəti:  24 ay

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə):  3 000 000 ABŞ dolları

Reallaşdırılmış həcm:  3 000 000 ABŞ dolları

Hərrac qiyməti:  100 ABŞ dolları

İnvestor sayı:  54

Sifariş sayı:  54

Anderrayter:  “Unicapital İnvestisiya Şirkəti” ASC

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
3
marja.az

4Mənbələr