Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Ağcabədi rayonunda 1974-cü il təvəllüdlü Elçin şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Eynullaya xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə Ağcabədi rayonu, H.Hacıyev küçəsi ərazisində baş verib. Elçin orada Ağcabədi rayon Mərkəzi xəstəxanasının yaxınlığında Eynullanın avtomobili qabağa verməməsi səbəbindən ona irad bildirib. Bu zaman onların aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə baş verib. Mübahisə zamanı o, qəsdən Eynullanın sol əlinə və sol qolunun dirsək nahiyəsinə iki dəfə rezin boru ilə vurub. Hadisəni törədən Elçinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Elçin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, taksi fəaliyyəti ilə məşğul olur: “Əvvəllər aramızda ədavət olmayıb. Hadisə günü təxminən saat 11 radələrində H.Hacıyev küçəsində müştəri gözləyərkən avtomobili boş olan yerə verdim və saxlamaq üçün Eynulladan avtomobilini bir az irəli sürməsini istədim. Bu zaman aramızda sözlə mübahisə oldu. Bu səbəbdən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Eynullanın əlindən aldığım rezin boru ilə onun sol əlinə və sol dirsək nahiyəsinə iki dəfə zərbə vuraraq ona xəsarət yetirdim. Sonradan üzr istəyərək onunla barışmışam”.Bu işə Ağcabədi Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən zərərçəkəndə barışması barədə məhkəməyə ərizə verib və ondan şikayətçi olmadığını göstərib.
Məhkəmənin hökmü ilə cinayət işi üzrə icraata xitam verilib. Elçin cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.