AZ

Yeni təyinatlar təhsilə nə vəd edir? -RƏY

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Təhsilin İnkişafı Fonduna direktor təyin edilib. Eyni zamanda Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri İlqar Bayramlı da Peşə Təhsili üzrə Dövlət Agentliyinə direktor təyin edilib. Hər iki təyinatla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Redaktor.az yeni təyinatlarla bağlı təhsil eksperti Məzahir Məmmədlinin fikrlərini öyrəndi:

"Nicat Məmmədlinin uzun müddətdir təhsildə fəaliyyətinə, həm sosial şəbəkələr üzərindən, həm də müəyyən qədər efirlərdən gördüyümüz mütaliəsinə bələdik. Təhsil İnkişaf Fondunun ilk rəhbəri Elnur Nəsibov idi və kifayət qədər bu sahədə işlər görmüşdü, özünü sübut etmişdi. Düşünürəm ki, ondan sonra Nicat Məmmədlinin gəlməsi Təhsil İnkişaf Fonduna ancaq fayda verə bilər. Nicat Məmmədli uğurlu kadrdır".

Müsahibimiz Peşə Təhsili üzrə Dövlət Agentliyinə olan yeni təyinatdan da danışdı:

"İlqar Bayramlı təhsil sahəsində yeni adamdır. Onun iş təcrübəsinə, biliyinə, bacarığına şübhəm yoxdur. Mən onu "Azqranata"dan tanıdığım üçün deyə bilərəm ki, orada olduğu müddətdə şəffaflığı ilə seçilən, doğru-dürüst biri olub. Məsələn, mən onu oradan tanıyıram, təhsil camiəsi onu tanımaya bilər. Amma ümid edirəm ki, İlqar Bayramlı da bu işin öhdəsindən gələ biləcək. Düzdür, o, təhsil üçün yeni adamdır, bəlkə də bu iş onun üçün bir qədər tez idi. Peşə Agentliyi ilə bağlı onun işi nə qədər uğurlu olacaq, onu gələcək zaman göstərəcək. O, indiyə qədər olan işlərin öhdəsindən layiqincə gəlib. İnşallah indi Dövlət Peşə Agentliyində də özünü göstərsin. Zamanla onun da qiymətini ictimaiyyət, cəmiyyət, Peşə Təhsili üzrə Agentliyin tabeliyində olan işçilər hər halda verəcəklər".

Aytəkin TOFİQQIZI

Seçilən
152
redaktor.az

1Mənbələr