AZ

“Barselona” yapon futbolçunu izləyir

“Barselona” yapon futbolçu ilə maraqlanır.

Msport.az xəbər verir ki, Kataloniya təmsilçisinin skautları Yaponiyanın U-17 yığmasının hücumçusu Minato Yoşidanı izləyir.

İspaniya nəhəngi mövsümün sonunda mərkəz hücumçusunu transfer etməyi planlaşdırır. Hazırda “Kaşima Antlers”in formasını geyinən Yoşida özü də Avropada oynamaqda maraqlıdır.

Yaponiyada U-18 liqasında 14 matçda 10 qol, 2 asistlə oynayan futbolçunun “Kaşima Anlers”lə müqavilə müddəti 2028-ci ilə qədərdir.

Seçilən
53
3
msport.az

4Mənbələr