AZ

185 milyardı itirmək qorxusu Rusiya casusları belçikalı rəsmiləri hədələyir

Bakupost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiya xüsusi xidmət orqanlarının Belçika rəsmilərinə və yüksək vəzifəli maliyyə rəhbərlərinə təzyiq göstərdiyi və hədə-qorxu gəldiyi iddia olunur.

Bakupost.az “The Guardian” qəzeti istinadən xəbər verir ki, bunda məqsəd 185 milyard avro məbləğində dondurulmuş Rusiya aktivlərini qorumaqdır. Avropa Birliyi bu yaxınlarda Belçikadakı aktivlərin Ukraynaya kredit təminatı üçün istifadə olunması haqda qərar qəbul etdi. Rusiya Federasiyasının Mərkəzi Hərbi Kəşfiyyat İdarəsi (GRU) isə qərara mane olmaq üçün təzyiqə başlayıb.Mənbələrin bildirdiyinə görə, Belçikanın baş naziri Bart De Vefer də Rusiya kəşfiyyatı ilə əlaqələndirilən şəxslərdən təhdid xarakterli mesajlar alıb.Həmin aktivlər Belçikanın maliyyə sisteminin əsas elementlərindən biri olan “Euroclear” beynəlxalq maliyyə depozitarisində saxlanılır. Qeyd olunur ki, Rusiyanın xarici valyuta ehtiyatlarının böyük hissəsi məhz bu struktur üzərindən keçib. Bu səbəbdən “Euroclear” vəzifəli şəxsləri birbaşa hədəf seçilib.“The Guardian” yazır ki, Moskva bu vəsaitlərin Ukraynanın maliyyələşdirilməsində istifadəsinin qarşısını almaq üçün diplomatik və qeyri-rəsmi təsir alətlərini artırıb.Cavid, BakuPost Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
94
www.bakupost.az

1Mənbələr