Bakı. Trend:
Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına MilliOftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətininbirgə təşəbbüsü ilə Xankəndi şəhərində səyyar oftalmoloji tibbiaksiya keçirilir.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikintivə İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumatagörə, Avtomobil Səyyar Klinikası vasitəsilə təşkil olunan aksiyadekabrın 19-dək davam edəcək.
Tədbir çərçivəsində əhali ödənişsiz göz müayinəsindən keçirilir,görmə pozuntuları erkən mərhələdə aşkarlanır və zəruri tibbiməsləhətlər verilir. Aksiyanın əsas məqsədi bölgə sakinləriningörmə sağlamlığının qorunması, oftalmoloji xəstəliklərin vaxtındadiaqnostikası və profilaktikasının gücləndirilməsidir. Müayinələr,müasir tibbi avadanlıqlar və ixtisaslı həkim heyəti tərəfindənaparılır.
Qeyd edək ki, azad edilmiş ərazilərdə tibbi xidmətlərin təşkili,dövlətin səhiyyə siyasətinin mühüm istiqamətlərindən biridir və bukimi aksiyalar əhalinin ixtisaslaşmış tibbi yardıma əlçatanlığınıartırmağa xidmət edir.