AZ

“Qoç ət”in dönərindən 20 sm tük çıxıb? – “Əməkdaşlarımız saçı qısa olan kişilərdir”

Xəbər verdiyimiz kimi, Bakıdakı “Qoç ət” restoranında hazırlanan dönərin içindən 20 sm-lik tük çıxdığı iddia olunur.

KONKRET.az-ın məlumatına görə, “qafqazinfo məsələ ilə əlaqədar restoranla əlaqə saxlayıb.

“Qoç ət”dən sorğuya cavab olaraq bildirilib ki, bu halın yaşanması qeyri-mümkündür:

“Bu məlumat barəsində ciddi şəkildə araşdırılma prosesi həyata keçirilir. Sadəcə olaraq deyə bilərik ki, bizim restoranlarda dönərçi vəzifəsində çalışan əməkdaşlar saçları qısa olan kişilərdir və müştərilərə xidmət göstərən ofisiantlar da həmçinin. Bu səbəbdən də 20 sm-lik tükün yeməyə düşməsi qeyri-mümkündür”.

 

Seçilən
4
1
konkret.az

3Mənbələr