
İsrail ordusunun Qəzza zolağına soyqırım hücumları nəticəsində ölənlərin sayı 70 669 nəfərə çatıb.
Missiya.Az "TRT Haber"e istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Son 48 saat ərzində dağıntılar altından 2 ölü, 14 yaralının çıxarıldığı və xəstəxanalara aparıldığı bildirilib.
Qeyd olunub ki, atəşkəs qüvvəyə mindikdən bəri hücumlar nəticəsində 395 nəfər ölüb, 1088 nəfər yaralanıb və dağıntılar altından 634 cəsəd çıxarılıb.
İlahə Qənbərli
Missiya.Az