“Liverpul”un müdafiəçisi Co Qomes İngiltərə Premyer Liqasının növbəti turunda “Tottenhem”lə keçiriləcək oyunda iştirak edə bilməyəcək.
QOL.az "The Sun"a istinadən xəbər verir ki, ingiltərəli futbolçu “Brayton”la (2:0) oyunda arxa bud əzələsindən zədə alıb.
Zədənin ciddi olmadığı, onun növbəti oyunlara hazır olacağı vurğulanıb.
Qeyd edək ki, 28 yaşlı müdafiəçi cari mövsümdə bütün turnirlərdə 12 oyuna çıxıb və 2 məhsuldar ötürmə verib. Onun komandası dekabrın 20-də səfərdə “Tottenhem”lə qarşılaşacaq.