Xəbər verdiyimiz kimi, Rusiya XİN-nin MDB Ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kaluqin TRİPP marşrutu ilə bağlı bəyan etmişdir ki, “Rusiya Dəmir Yollarının törəmə şirkəti olan Cənubi Qafqaz Dəmir Yolları şirkətimiz Ermənistanın dəmir yolu şəbəkəsini idarə etmək üçün konsessiyaya malikdir. Region Rusiya dəmir yolu xətlərindən istifadə edir”.
Buna cavab olaraq Ermənistan parlamenti Xarici Əlaqələr Komitəsinin rəhbəri Sarkis Xandanyan bildirib ki, “Tramp marşrutu” Rusiya şirkətinə məxsus olmayacaq.
Ölkənin mövcud dəmir yolu xətləri Cənubi Qafqaz Dəmir Yollarına məxsusdur. “Tramp marşrutu” daxilindəki 43 kilometrlik dəmir yolu TRIPP-ə məxsus olacaq.