“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” Publik Hüquqi Şəxsi (DOST Agentliyi) regionlarda yerləşən inzibati binaların əsaslı təmir işlərinin satın alınması ilə bağlı bir neçə açıq müsabiqə elan edib.
Banker.az xəbər verir ki, ilk müsabiqə Salyan və Hacıqabul rayonlarında, eləcə də Biləsuvar şəhərində yerləşən DOST Agentliyinin filial binalarının əsaslı təmirini əhatə edir. Bu müsabiqənin ehtimal olunan qiyməti isə 2 milyon 415 min manat təşkil edir.
Digər müsabiqə Qax, Zaqatala və Qəbələ şəhərlərində yerləşən DOST Agentliyinin inzibati binalarının əsaslı təmir işləri ilə bağlıdır. Ehtimal olunan dəyəri isə 2 milyon 671 min manat olaraq müəyyən edilib.
Üçüncü müsabiqə Xaçmaz və Qusar şəhərlərində yerləşən inzibati binaların əsaslı təmirini nəzərdə tutur. Bu satınalma üzrə müsabiqənin ehtimal olunan qiymət isə 2 milyon 180 min 403 manatdır.
Hər üç müsabiqə üzrə satınalan təşkilat “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” Publik Hüquqi Şəxsi olub.