AZ

Dövlət Xidmətində qanvermə aksiyası keçirilib

Newscenter.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Səhiyyə Nazirliyinin tabeliyində olan "Respublika Qan Bankı" ilə birgə qanvermə aksiyası təşkil edib.Newscenter.az xəbər verir ki, "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində keçirilən könüllü qanvermə aksiyasında Dövlət Xidmətinin əməkdaşları iştirak edib.Aksiya zamanı Qan Bankının tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlıq vəziyyəti müayinə edildikdən sonra qan analizi götürülüb. Toplanan qan ehtiyatı talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq.Qeyd edək ki, "Talassemiyasız həyat naminə" proqramı Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılıb və mütəmadi olaraq ölkə üzrə könüllü qanvermə aksiyaları təşkil edilir.Süleyman

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
14
newscenter.az

10Mənbələr