Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilib.
Modern.az xəbər verir ki, “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”na “Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi və onun müavini,” sözləri əlavə edilib.
Xatırladaq ki, hazırda Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi general-polkovnik Bəylər Eyyubovdur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta