AZ

92 yaşlı qadın turnir qalibiOLDU

Yaponiyada 92 yaşlı Hisako Sakai məşhur “Tekken 8” döyüş oyunu üzrə keçirilən kiberidman turnirinin qalibi olub.

Redaktor.az xəbər verir ki, bu barədə "Siliconera" nəşri məlumat yayıb.

Məlumata görə, turnirdə yaşı 73-dən 95-ə qədər olan səkkiz iştirakçı mübarizə aparıb. Yarışlar birə-bir formatda keçirilib və iştirakçılar yüksək reaksiya sürəti ilə seçiliblər.

Final qarşılaşmasında Hisako Sakai 74 yaşlı Qoro Sugiyamanı məğlub edib. Həlledici oyunda Sakai Klaudio personajını, onun rəqibi isə Lili personajını seçib. Turnir “YouTube” platformasında canlı yayımlanıb və peşəkar şərhlə müşayiət olunub.

Yarışın təşkilatçısı olan "Care eSports Association" 2019-cu ildən etibarən yaşlı oyunçular üçün kiberidman turnirləri təşkil edir. Hazırda assosiasiya ildə iki dəfə Mie, Ayti və Gifu prefekturalarında seçmə mərhələlərdən keçmiş iştirakçılar arasında yarışlar keçirir. Təşkilat nümayəndələri gələcəkdə ölkə üzrə tammiqyaslı milli turnirin keçirilməsini planlaşdırdıqlarını bildiriblər.

Nuriyyə NATİQQIZI

Seçilən
105
4
redaktor.az

5Mənbələr