Bakıda narkotik satışını təşkil etməkdə təqsirləndirilən bir ailənin 3 üzvü - Hümbət Cəfərov, Əli Cəfərov və Şəlalə Cəfərovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Hümbət Cəfərov 11 il, Əli Cəfərov 9 il, Şəlalə Cəfərova isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.
Dövlət ittihamçısı Hümbət Cəfərovun 12 il, Əli Cəfərovun 11 il, Şəlalə Cəfərovanın isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Faktla bağlı cinayət işi başlanılıb. Onların hər üçünə qarşı qarşı Cinayət Məcəlləsinin 234.4-1-ci , (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Cebheinfo.az"