AZ

Valideynlərdən pul alan bağça müdiri işdən çıxarıldı

Valideynlərdən pul alan bağça müdiri işdən çıxarıldı

Zaqatalada uşaq bağçasında rüşvət qalmaqalı yaşanıb.

AFN.az Lent.az-a istinadən xəbər verir ki, Zaqatala şəhəri Aydın Əhmədov adına 6 saylı körpələr evi və uşaq bağçasının müdiri Lətifə Nizami qızı Hasilova ilə bağlı hüquq-mühafizə orqanlarına çox sayda şikayət daxil olub.

Şikayətçilər bağça müdirinin onları müxtəlif işlərə düzəldəcəyi vədi ilə pullarını mənimsədiyini bildiriblər. Ümumilikdə 10-a yaxın vətəndaşdan külli miqdarda pul aldığı iddia olunan L.Hasilova barəsində araşdırmalara başlanıb. Araşdırmalar zamanı onun çox sayda vətəndaşdan müxtəlif məbləğlərdə pul alaraq onları bağçaya işə götürəcəyinə dair söz verdiyi və sonda vədinə əməl etməyərək həmin pulları mənimsədiyi müəyyən edilib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq - öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Hazırda istintaq hərəkətləri davam etdirilir.

Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, L.Hasilova 1 dekabr 2025-ci il tarixindən vəzifəsindən azad olunub.

Seçilən
20
6
afn.az

10Mənbələr