AZ

"Ronaldu futbol tarixinin ən yaxşısıdır"

"Kriştianu Ronaldu futbol tarixinin ən yaxşısıdır. O, hamıdan öndədir".

Bunu "Yuventus"da portuqaliyalı superulduzun komanda yoldaşı olmuş Mehdi Benatia deyib.

Fanat.Az xəbər verir ki, "La Gazzetta dello Sport" onun sözlərini belə çatdırıb:

"Bir dəfə Berqamodan qayıdırdıq. İrəlidə Çempionlar Liqasının vacib oyunu olduğundan hər ikimiz ehtiyatda qalmışdıq. Avtobusda Ronaldu məndən soruşdu: "Mənim kimi məşq etmək istəyirsən?" Yekunda biz gecə 11-də mənzil başına çatdıq. Mən evə getdim, Ronaldu isə idman zalına yollandı. O, təsadüfən ən yaxşı deyil".

Xatırladaq ki, 40 yaşlı Kriştianu hazırda "Əl- Nəsr"in uğurları üçün çalışır.

Nihat

Seçilən
53
fanat.az

1Mənbələr