
Avropa Birliyi Şurası məhdudiyyətlərə baxmayaraq, Rusiya neftini daşıyan 41 tankerə sanksiya tətbiq edib.
Missiya.Az xəbər verir ki, bununla da sanksiya siyahısına daxil edilən gəmilərin sayı təxminən 600-ə çatıb.
Bildirilib ki, sanksiyalar neft qiymətinə qoyulan məhdudiyyətləri pozan, Rusiyanın enerji sektorunu dəstəkləyən, həmçinin Rusiya üçün hərbi texnika daşıyan gəmiləri əhatə edir.
Qeyd edək ki, bu, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Aİ-nin yeni sanksiya paketini gözləmədən atdığı ilk addımdır.
Seyranə QuliyevaMissiya.Az