"Neftçi" və Samir Abasov arasında heç bir problem qalmayıb.
Aznews.az xəbər verir ki, bunu "ağ-qaralar"ın media üzrə koordinatoru Rüstəm Əfsərli deyib.
O, bir müddət əvvəl Bakı təmsilçisindən ayrılan sabiq baş məşqçi ilə klub arasında hər hansı bir narazılığın qalmadığını bildirib:
"Kompensasiyanın ödənilib-ödənilməməsi ilə bağlı verilən sualı cavablandırmağım etik çıxmaz. Bu, klubun daxili işidir. Lakin deyə bilərəm ki, hər şey qaydasındadır. Məsələ öz həllini tapıb".