AZ

Türkiyədən Rusiya və Ukraynaya ÇAĞIRIŞ: “Ehtiyatlı olun”

Türkiyə Müdafiə Nazirliyi Qara dənizdə baş verən insidentdən sonra Rusiya və Ukraynanı təhlükəsizlik məsələlərində daha ehtiyatlı olmağa çağırıb.

KONKRET.az xəbər verir ki, nazirliyin yaydığı bəyanatda Ukrayna ilə Rusiya arasında davam edən müharibə fonunda Qara dənizdə təhlükəsizliyə mənfi təsir göstərəcək insidentlərin qarşısının alınması üçün hər iki tərəfə xəbərdarlıq edilib.

“Qara dənizdə təhlükəsizliyə zərər verə biləcək hadisələrə qarşı daha diqqətli davranmaq zərurəti ilə bağlı həmkarlarımıza xəbərdarlıq olunub”, – deyə bəyanatda qeyd edilib.

Xatırladaq ki, dekabrın 15-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları Qara dəniz üzərində respublikanın hava məkanına yaxınlaşan pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfirlərin XVI konfransında çıxışı zamanı Ankaranın Rusiya və Ukraynanı mülki gəmilərə qarşı hücumlarla bağlı da xəbərdar etdiyini bildirmişdi.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
9
konkret.az

1Mənbələr