AZ

QHT Qərbi Azərbaycanla bağlı fəaliyyətlərini genişləndirib

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə QHT.az-a açıqlamasında bildirib ki, təşkilat 2025-ci ildə də Qərbi Azərbaycan mövzusu üzrə fəaliyyətini davam etdirib.

Onun sözlərinə görə, bu istiqamətdə həm tarixi araşdırmalar, həm də maarifləndirmə tədbirləri həyata keçirilib. Qusar rayonunda təşkilatın təşəbbüsü və bir neçə ictimai birliklə əməkdaşlıq çərçivəsində Qərbi Azərbaycan mövzusuna həsr olunmuş maarifləndirici sərgi təşkil edilib. Tədbirdə əlil qadınlar cəmiyyəti, beynəlxalq əlillərin əməkdaşlıq təşkilatları, alimlər və ictimai xadimlər iştirak ediblər:

"Sərgidə Milli Kulinariya Assosiasiyasının sədri Tahir Əmiraslanov, həmçinin Dədə Ələsgər Ocağının sədri Xətai müəllim də çıxış edərək Qərbi Azərbaycan irsi və tarixi ilə bağlı fikirlərini bölüşüblər. Bir neçə təşkilatın birgə əməkdaşlığı nəticəsində Şimal bölgəsində bu mövzuda geniş maarifləndirmə işi aparılıb. Təşkilat eyni zamanda Azərbaycan dövləti ilə Ermənistan arasında sülh prosesləri və sülh müqaviləsinin bağlanması mövzusu üzrə də fəallıq göstərir. Bu istiqamətdə müsahibələr verilir, ictimaiyyət üçün məlumatlandırıcı fəaliyyətlər həyata keçirilir və insanların proses barədə daha dolğun məlumat alması təmin olunur".

Seçilən
77
qht.az

1Mənbələr