AZ

Hacıqabulun Şorbaçı kəndində növbəti səyyar qəbul görüş keçirildi FOTOLAR

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq səyyar qəbul-görüşlərin keçirilmə məqsədi sakinlərin problemlərini dinləmək və həll edilməsini təmin etməkdir. Demokrat.az xəbər verir ki, bununla əlaqədar olaraq, təsdiq olunmuş səyyar qəbul-görüş qrafikinə əsasən, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov yerlərdə görüşlər keçirir, müraciət edən vətəndaşların təklif və problemlərini dinləyir, onların həlli istiqamətində müvafiq tapşırıqlar verir.18 dekabr 2025-ci il tarixdə Hacıqabul rayonunun Şorbaçı kəndində növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Səyyar qəbul-görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, aparatın məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri və sakinlər iştirak etdilər.Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək son illərdə respublikamızın o cümlədən Hacıqabul rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində Ölkə Rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat verib.Qəbul zamanı sakinlərin müxtəlif məzmunlu müraciətləri dinlənilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll edilməsi istiqamətində müvafiq tapşırıqlar verib. Rayon İcra Hakimiyyətinin fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlərin müvafiq qurumlara göndərilməsi nəzərdə tutulub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
2
demokrat.az

3Mənbələr