AZ

Sərnişin nəqliyyatı ilə bağlı beynəlxalq təcrübədən hansı innovativ həlləri ölkəmizə gətirmək mümkündür?

Bakı, 9 dekabr, AZƏRTAC

Sərnişin nəqliyyatı ilə bağlı beynəlxalq təcrübədən hansı innovativ həlləri ölkəmizə gətirmək mümkündür?

Nəqliyyat eksperti Aslan Əsədov AZƏRTAC-a açıqlamasında bildirib ki, dünya təcrübəsində sərnişin nəqliyyatında əsas hədəflərdən biri yolda qalma müddətinin minimuma endirilməsidir. Sərnişin nə qədər az vaxt yolda keçirirsə, bu həm onun rahatlığına, həm də ümumi nəqliyyat səmərəliliyinə müsbət təsir göstərir.

Ekspertin sözlərinə görə, bunun üçün bir sıra innovativ həllərə ehtiyac var:

-Xüsusi proqramların hazırlanması;

-Nəqliyyat axınlarının düzgün tənzimlənməsi;

-Hərəkət intensivliyinin sabit saxlanması;

-Sərnişin axınlarının rentabelliyinin optimallaşdırılması;

-İnfrastrukturun təkmilləşdirilməsi və sərnişin məmnuniyyətinin artırılması.

O vurğulayıb ki, nəqliyyat infrastrukturunun effektivliyi həm sərnişin axınının təşkili, həm də ümumi hərəkətin rahatlığı baxımından həlledici rol oynayır. Məsələn, piyada yolları belə elə qurulmalıdır ki, insanlar vaxt itirmədən təhlükəsiz və rahat hərəkət edə bilsin.

“Əgər bu proseslər düzgün qurulsa, vətəndaş yolda vaxt itirmək əvəzinə həmin vaxtı şəxsi işlərinə yönəldə, cəmiyyətə daha çox fayda verə bilər. Əks halda isə müxtəlif problemlər və gecikmələr qaçılmaz olur”, – deyə ekspert əlavə edib.

Seçilən
65
azertag.az

1Mənbələr