AZ

Özbəkistan Mədəniyyəti Günlərinə Füzulidə yekun vurulur – FOTO

Azərbaycanda keçirilən Özbəkistan Mədəniyyəti Günlərinə dekabrın 18-də Füzuli şəhər Mirzə Uluqbəy adına məktəbdə yekun vurulacaq.

Doğru.az xəbər verir ki, mədəniyyət günləri çərçivəsində Özbəkistanın Mədəniyyət Nazirliyinin rəhbər heyəti, tanınmış incəsənət xadimləri və aparıcı bədii kollektivlər Füzuli şəhərinə səfər ediblər.

Qonaqlar səhər saatlarında Şuşa şəhərində olub, tarixi məkanlarla yanaşı aparılan tikinti-quruculuq işləri ilə tanış olublar. Daha sonra Füzuli şəhərinə gələn nümayəndə heyətinin iştirakı ilə Özbəkistan Mədəniyyəti Günlərinin bağlanış mərasimi başlayıb.

Tədbirin əsas məqsədi Azərbaycan və Özbəkistan arasında dostluq münasibətlərini möhkəmləndirmək, humanitar əməkdaşlığı inkişaf etdirmək və mədəni dialoqu genişləndirməkdir.

Qeyd edək ki, 2023-cü ildə Bakıda Özbəkistan Mədəniyyəti Günləri, 2024-cü ildə isə Daşkənddə Azərbaycan Mədəniyyəti Günləri təşkil olunub.

DOĞRU.AZ

image-1766061614319166807_1200x630 image-17660616144707051055_1200x630 image-1766061614180862735_1200x630

Seçilən
13
1
dogru.az

2Mənbələr