AZ

İldırım elektrikli avtomobili sıradan çıxardı: Sahibindən istehsalçıya məhkəmə iddiası

Ankarada ildırım vurmasından sonra nasaz hala düşən 2024-cü il istehsalı elektrikli avtomobilin təmir olunmaması ciddi mübahisəyə səbəb olub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ötən ilin may ayında baş verib.

Qeyd olunur ki, izmirli mühəndis Ersel Şengel güclü yağış zamanı elektrikli avtomibili ilə hərəkət edərkən yol kənarındakı transformatora ildırım düşüb. Bundan dərhal sonra avtomobil qəfil kilidlənib və tamamilə fəaliyyətini dayandırıb.

Servis mərkəzinin problemi müəyyən edə bilməməsi və avtomobilin dəyərinə yaxın xərc tələb etməsi Şengelin istehsalçı şirkətə qarşı məhkəməyə müraciət etməsi ilə nəticələnib.

O vurğulayıb ki, istehsalçı və rəsmi servis zəmanət çərçivəsində nasazlığı müəyyən etmək və aradan qaldırmaq öhdəliyini daşıyır. Çıxılmaz vəziyyətdən sonra o, qlobal avtomobil istehsalçısına qarşı hüquqi mübarizəyə başlayıb.

Seçilən
105
publika.az

1Mənbələr