AZ

İspaniya ilə Argentina yığmaları arasında keçiriləcək “Finalissima”nın yeri və tarixi bəlli olub

Bakı, 18 dekabr, AZƏRTAC

Hazırkı Avropa çempionu İspaniya və Amerika Kubokunun (Copa Amerika) son qalibi Argentina milli komandaları arasında keçiriləcək oyunun yeri və tarixi bəlli olub.

AZƏRTAC UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Finalissima” adlandırılan görüş gələn il martın 27-də təşkil olunacaq.

Qarşılaşma Qətərin Doha şəhərindəki Lusail stadionunda oynanılacaq və Bakı vaxtı saat 21:00-da start götürəcək.

Qeyd edək ki, bu, futbol tarixində keçiriləcək ikinci “Finalissima” olacaq. 2022-ci ildə təşkil olunmuş ilk matçda Argentina millisi İtaliya yığmasına 3:0 hesabı ilə qalib gəlib.

 

 

 

Seçilən
95
azertag.az

1Mənbələr