Kilian Mbappe "Real Madrid" forması ilə tarix yazmağa çox yaxındır.
Fanat.Az xəbər verir ki, ulduz futbolçu bir təqvim ili ərzində ən çox qol atan oyunçu rekordunu bərabərləşdirib.
2025-ci il ərzində 59 qola imza atan Mbappe bu göstərici ilə klub əfsanəsi Kriştianu Ronalduya məxsus rekora çatıb. Fransalı hücumçunun bu tarixi rekordu təkbaşına qırması üçün cəmi 1 qol vurması kifayətdir.
Azarkeşlər artıq səbirsizliklə növbəti qolu gözləyir.
Kamil Xudiyev