Bu gün Belarusun həbsdən azad edərək Ukraynaya təhvil verdiyi 20 nəfər müxalif siyasətçi Litvaya gətirilib.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “Delfi” məlumat yayıb.
Məlumata görə, siyasətçilər ABŞ və Belarus arasında əldə olunmuş razılaşma əsasında azad ediliblər.
Bildirilir ki, dekabrın 13-də Belarus Prezidenti Aleksandr Lukaşenko ilə ABŞ xüsusi nümayəndəsi arasında aparılan danışıqlardan sonra 123 siyasi məhbusun azad edilməsi elan olunmuşdu.