Eyni zamanda oxucu qruplarının tələbatı əsasında tabelikdə olan kitabxanaların yeni nəşrlərlə təmin olunması məqsədilə aprelin 7-də “Nəşrlərin satın alınması müsabiqəsi” elan olunmuşdur. Müsabiqəyə təqdim olunmuş 1520 adda kitab Komissiyanın iclaslarında dəyərləndirilmiş və Komissiyanın qərarına uyğun olaraq, 525 adda, ümumilikdə 63 650 nüsxə kitabın alışı Nazirlik tərəfindən həyata keçirilmişdir.
Bir sıra müəlliflərin əsərləri kitablarının buraxılışını həyata keçirən nəşriyyatlar (“Aspoliqraf”, “Təhsil”, “Zərdabi-nəşr” və s.) vasitəsilə alınmışdır.
2025-ci il üzrə Komissiyanın tərkibi, həmçinin cari ildə Nazirlik tərəfindən satın alınan kitablar və Nazirliyin növbət il üçün Nəşr Planına daxil edilən əsərlər barədə siyahılar ilə aşağıdakı linklərə keçid edərək tanış ola bilərsiniz.
https://admin.culture.gov.az/storage/uploads/fileUpload/files/nJ6mLVA384lpEQy9UOe91766066649.pdf