AZ

Finalissimanın vaxtı və yeri DƏQİQLƏŞDİ

İspaniya və Argentina yığmalarının üz-üzə gələcəyi Finalissima oyununun vaxtı və yeri bəlli olub.

Paralel.az xəbər verir ki Avropa və Amerika çempionlarını qarşılaşdıran Finalissima matçı 27 mart 2026-cı ildə Qətərin paytaxtı Dohada yerləşən “Lusail” stadionunda keçiriləcək.
 

Qeyd edək ki, Argentina millisi 2024-cü ildə Amerika Kubokunun qalibi olub. İspaniya yığması isə həmin il Avropa çempionluğunu qazanıb.


Xatırladaq ki, əvvəlki Finalissima 2022-ci ildə baş tutub. Həmin görüşdə Argentina millisi İtaliya yığmasını 3:0 hesabı ilə məğlub etmişdi.

Seçilən
61
6
paralel.az

7Mənbələr