AZ

Dəhşətli fırıldaqçılıq: Alkoqol aludəçilərini əxlaqsız qadınlarla evləndirib CƏBHƏYƏ YOLLADILAR – VİDEO

Çuvaşiyada alkoqol aludəçilərini əxlaqsız qadınlarla evləndirib cəbhəyə yollayıblar.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Çuvaşiyada fırıldaqçılar alkoqol aludəçilərini hədəf alan xüsusi sxem qurublar. Onlar bu şəxsləri məcburi şəkildə əxlaqsız qadınlarla evləndirib, daha sonra onları Ukraynaya döyüş bölgəsinə yollayıblar.

Məqsəd həmin şəxslərin döyüş bölgəsindən əldə edəcəkləri ödənişləri və kompensasiyaları ələ keçirmək olub. Bundan əlavə, dələduzlar qurbanların daşınmaz əmlaklarını da sataraq pulları mənimsəyiblər.

Cinayətkar dəstəyə əvvəllər rieltor fırıldaqçılığına görə məhkum olunmuş 49 yaşlı Novoçeboksarsk sakini rəhbərlik edib. O, bu sxemi həbsdən çıxdıqdan sonra hazırlayıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
52
1
interpress.az

2Mənbələr