AZ

Üzeyir Hacıbəylinin 140 illiyi Avropada qeyd olunub (FOTO)

Bakı. Trend:

Dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyükmusiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq,tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı,Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Hacıbəylininanadan olmasının 140 illiyi Avropa səhnələrində təntənəli şəkildəqeyd olunub. Şotlandiyanın Qlazqo şəhərində və Fransanın paytaxtıParisdə bu münasibətlə konsertlər təşkil edilib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

Qlazqoda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyiləkeçirilən “Arazbarı” adlı konsert proqramı şəhərin nüfuzlu mədəniməkanlarından biri olan “Glasgow Art Club”da baş tutub. KonsertdəBöyük Britaniyada yaşayan istedadlı pianoçu Günel Mirzəyeva dahibəstəkarın musiqi irsinin yalnız Azərbaycan mədəniyyəti üçün deyil,eyni zamanda ümumbəşəri musiqi düşüncəsi baxımında böyük əhəmiyyətdaşıdığını vurğulayıb. Şərq və Qərb musiqi ənənələri arasındamövcud olan yaradıcı dialoq barədə fikirlərini bölüşüb. ProqramdaÜzeyir Hacıbəylinin, eləcə də İ.S.Baxın və V.A.Motsartınrepertuarından seçilmiş əsərlər səsləndirilib. Günel Mirzəyeva,həmçinin muğam üslubunda bəstələdiyi və müəllifi olduğu “Bax” adlıorijinal kompozisiyanı ifa edib. “Caspian Circle” təşkilatının başicraçı direktoru Fuad Ələkbərov belə bir konsertin Qlazqodakeçirilməsinin Azərbaycan mədəni irsinin beynəlxalq səviyyədətanıdılması və diasporun mədəni əlaqələrinin gücləndirilməsibaxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Parisdə Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə baştutan konsertin təşkilatçısı pianoçu Səidə Zülfüqarova olub.Tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva,UNESCO-nun “Sülh naminə incəsənət xadimi” Hedva Ser, fransızbəstəkarı Graciane Finzi və diplomatik nümayəndəliklərintəmsilçiləri iştirak ediblər. Konsert Üzeyir Hacıbəylininyaradıcılığının parlaq nümunələrindən biri olan “Aşıqsayağı”əsərinin səsləndirilməsi ilə başlayıb. Pianoçu Səidə Zülfüqarova,violonçel ifaçısı Guillaume Martigné və skripkaçı Florian Mavielinifasında Dmitri Şostakoviç, Oktay Zülfüqarov və Azər Rzayev kimigörkəmli bəstəkarların əsərləri də yüksək peşəkarlıqla təqdimolunub. Zəngin tembr ahəngi və yüksək sənətkarlığı ilə seçilənifalar, eləcə də Avropa və Azərbaycan musiqilərinin uğurlu sintezitamaşaçıların böyük rəğbətinə səbəb olub.

Konsertlər musiqi diplomatiyası və diaspor fəaliyyətinininkişafı baxımından əlamətdar hadisə kimi dəyərləndirilib.Tədbirlər Azərbaycan icmasının üzvləri ilə yanaşı, yerliictimaiyyət və musiqisevərlər tərəfindən də maraqla qarşılanıb.

Üzeyir
Üzeyir
Üzeyir
Üzeyir
Üzeyir
Üzeyir
Seçilən
75
4
az.trend.az

5Mənbələr